“Antalyaspor” klubunu yeni mövsümdən etibarən “Fənərbağça” klubunun keçmiş ulduzu Aleks de Souza çalışdıracaq.
Məlumata görə, “Fənərbağça” klubunun keçmiş futbolçusu Aleks de Souza artıq Antalyaya gəlib.
Keçmiş futbolçu açıqlamasında bildirib ki, “Antalyaspor”a uğurlara imza atmağa gəlib:
“Buraya yatmağa gəlməmişəm. Əlimdən gələn hər şeyi edəcəyəm”.
Qeyd edək ki, “Antalyaspor”un keçmiş məşqçisi Sergen Yalçın “Pendikspor”la görüşdə 1:2 hesabı ilə məğlub olduqdan sonra komandadan ayrılıb.
Mənbə: NTV Spor