Qəbələ”nin iki futbolçusunun yeni ünvanı bəlli oldubackend

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” “Qəbələ”nin iki futbolçusu ilə müqavilə imzalayıb.

İctimai.az xəbər verir ki, Naxçıvan təmsilçisi ötən mövsüm “Qəbələ”də çıxış etmiş Ülvü İsgəndərov və Urfan Abbasovla anlaşıb.

Hücumçu və müdafiəçi qarşıdakı bir il ərzində bu komandanın formasını geyinəcək.

Qeyd edək ki, “Qəbələ” klubu 2023/2024 mövsümünü Azərbaycan Premyer Liqasında sonuncu pillədə başa vurub və birinci liqaya düşüb.