Apreldə sosial yardımların ödəniləcəyi vaxt AÇIQLANDIbackend

Respublika üzrə aprel ayının müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi vaxtı məlum olub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, aprelin 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.