“Məktəb Psixoloqu” proqramı layihəsi yekunlaşıb – FOTOLARbackend

Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstək Agentliyinin dəstəyi ilə “İdeal Gələcək” Gənclər İctimai Birliyi tərəfindən “Məktəb Psixoloqu” proqramı layihəsi sona çatdı . Ümumilikdə həyata keçirilən təlimlər  zamanı kollec və ali təhsil müəssisələrində  müvafiq olaraq təhsil alan tələbələr, həmçinin gənc psixoloqlar  üçün 7(yeddi) gün ərzində psixoloq Rövşən Nəcəfov tərəfindən “Məktəb psixoloqlarının etik kodeksi və məktəbdə psixoloji fəaliyyətin əsas istiqamətləri”Məktəb psixoloqu haqqında ümumi anlayış;Uşaqlarda psixoloji böhranlar (intihar, zorakılıq, aqressiya və s.) mövzusunda təlimlər təşkil edilmişdi.

İdeal Gələcək Gənclər ictimai Birliyinin rəhbəri Sara Qarayeva layihənin yekunu ilə bağlı hesabatda  bildirmişdir ki , ”Azərbaycan Respublikasında təhsil sistemində psixoloji xidmətin tətbiqi təhsil müəssisələrinin daha səmərəli fəaliyyətinin, təhsilalanların psixikasının hormonik inkişafının, təmin olunmasında, eləcə də baş verə biləcək ləngimə, yayınma və pozuntuların qarşısının alınması istiqamətində məktəb psixoloqlarının biliklərinin təkminləşdirilməsi ən başlıca amildir.Bu baxımdan davamlı olaraq gələcək psixoloqlar ilə birgə  Universitetlər daxilində də psixoloji xidmətin yaradılması olduqca aktualdır.