Əmək müqavilələri tam şəkildə elektron formatda imzalanacaq – RƏSMİbackend

“Son üç il ərzində sosial sığorta yığımları proqnozdan 650 milyon manat artıq olub”.

İctimai.az xəbər verir ki, bunu ulu öndər Heydər Əliyevin sahibkarlarla görüşünün 20 illiyinə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda keçirilən konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, bu onu göstərir ki, sahibkarlarımız bu islahatlara dəstək göstərirlər:

“Yeni əmək və məşğulluq altsistemi yaradılıb. Bu sistem 1 may tarixindən istifadəyə veriləcək. Artıq əmək müqavilələrinin tam şəkildə elektron formatda imzalanması həyata keçiriləcək.

Bu günə qədər bu, bildirişlər sistemi idi, artıq isə tam əmək müqaviləsinin özü olacaq. Elektron kargüzarlıq aparıla biləcək. Mərhələlərlə məşğulluq reyestri, ölkə üzrə məşğulluq xəritəsi və digər bu istiqamətdə olan yeniliklər ictimaiyyətə təqdim olunacaq. Nəticədə ilin sonuna ölkədə hər bir işəgötürənin, sahibkarın tam şəkildə çıxış əldə etdiyi elektron əmək inzibatçılığı sistemi əlində olacaq”.