Argentina Müdafiə Nazirliyi Malvinas adalarını Folklend adaları adlandıran məmuru işdən çıxarmaq niyyətindədir. Bu barədə Argentinanın TN telekanalı məlumat yayıb.
Oktyabrın 22-də hökumətin saytında müdafiə departamentinin xəbərlər bölməsində Xarici İşlər Naziri Diana Mondino ilə Qırmızı Xaç nümayəndələri arasında görüşdən bəhs edən mesaj yerləşdirilib. Eyni zamanda, mesajda təkcə Argentinada qəbul edilən bu ərazinin adından – Malvinasdan deyil, həm də ingilis dilindən – Folklendlərdən də istifadə edilib.
Telekanalın məlumatına görə, bu vəziyyət Xarici İşlər Nazirliyi ilə Müdafiə Nazirliyi arasında qalmaqala səbəb olub və bir-birini düzgün dərc etməməkdə ittiham edib. Nəticədə Müdafiə Nazirliyi günahını etiraf edib, idarənin rəisi Lui Petri isə səhvə yol verən məmurun işdən çıxarılmasına göstəriş verib.















