Argentinalı qapıçı Martinez 2022-ci il dünya çempionatının finalındakı əlcəklərini hərraca çıxarıbbackend

Goal “Aires Times”a istinadən bildirir ki, Argentina millisinin qapıçısı Emiliano Martinezin 2022-ci il dünya çempionatının finalında oynadığı əlcəklər hərracda 42 min avroya satılıb.

Gəlir Argentinada Uşaq Xərçəng Xəstəxanasına kömək üçün istifadə olunacaq.

“Sən hər gün Dünya Kubokunun finalında oynamırsan, bu əlcəklər mənim üçün xüsusidir. Ancaq mümkünsə uşaqlara kömək etmək, onları evimdəki çərçivəyə asmaqdan daha yaxşıdır “deyib Martinez.

Mənbə: Goal

İctimai.az