Keçmiş baş məşqçilər Luis Enrike və Valverdeni rüşvət işi ilə bağlı dindirilə bilərbackend

“Barselona”nın keçmiş baş məşqçiləri Luis Enrike və Ernesto Valverde Kataloniya klubunda korrupsiya ittihamı ilə dindirilə bilər.

Bu barədə “Marca” xəbər verir. Qeyd olunur ki, İspaniya prokurorluğu “Barsa”nın keçmiş mentorlarının şahid qismində ifadə verməsini istəyir.

Xatırladaq ki, bir müddət əvvəl Kataloniya klubunun İspaniya Futbol Federasiyasının Hakimlər Texniki Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreiraya ödəmələrinin araşdırılması ilə bağlı məlumat yayılmışdı.

İctimai.az