Atamoğlan Babayev jurnalisti məhkəmə ilə hədələyir…backend

Elçim Məhəmməd oğlu Tağıyev

Vicdanlı bir media əməkdaşı olaraq birçox rayonlarda sakinlərlə görüşürəm onları narahat edən problemləri ilə maraqlanıram və ictimailəşdirirəm.

Bu yol mənim əqidəmdə bir seçimdir ki, Dövlətinə,Vətəninə sadiq olmuyan,xalqın haqqına girən məmurlara qarşı sərt mübarizə aparmaqdır.

Son zamanlar Agcabədi rayon Hindarx qəsəbəsində yaranmış çətinliklərlə bağlı,məmur özbaşnalığı ilə bağlı redaksiyamıza müraciətlər daxil olur.

Əvvəllər Aqrolizinq Agcabədi Regional Nümayəndəliyində çalışan və çalışdığı müddətdə Aqrolizinqi çapıb-talayan,Dövlətə məxsus texnikaları özəlləşdirərək yaşadığı kürdlər kəndindəki parka yığması sübut edirki Atamoğla Babayev vəzifə səlahiyyətindən belə istifadə edib. Görəsən Atamoğlan Babayev bu əməlləri ilə nəyi sübut etmək istəyir? Bizədə maraqlıdır.

Agcabədi rayon Hindarx qəsəbəsində saysısız hesabsız əkin sahələri,obyektləri olan Babayev bu cür var-varyata sahib olmağının bir adı var rüşvət və özbaşnalıq.

Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının əhalinin içməli və həyətyanı habelə əkin sahələrinin suvarılması ilə təmin olunması məqsədi ilə ayırdığı subartizan quyularını mənimsəməsi,istədiyi ərazilərdə bərpa etdirməsi və pulla satışa çıxarması bunu sübut edir ki, Atamoğlan Babayev Dövlətin ayırdığı vəsaiti belə talayır. Bu cür işlərdən rayon rəhbərinin xəbəri olsa belə əhəmiyyət vermir.

Hesab edirəm ki, Möhtərəm Prezidentimiz bununla bağlı ciddi tədbirlərin görülməsinə dair tapşırıqlarını verəcəkdir.

Mən dəfələrlə yaranmış çətinliklərlə bağlı Hindarx qəsəbəsində olmuşam vətəndaşların müraciətlərini dinləmişəm və işıqlqndırmışam. Buna əhəmiyyət verməyən Babayev mənə müxtəlif sakinlərə zəng etdirərək məhkəmə və polis orqanı ilə hədələyir.

Hörmətli Atamoğlan Babayev Sizin pulunuz çox ola bilər və pulunuza güvənərək istədiyiniz hərəkəti edə bilərsiniz

Unutmayın ki, Sizin saysız hesabsız pulunuzun olmağına bqxmayaraq mənimdə azad və müstəqil bir media əməkdaşı olaraq Möhtərəm Prezidentim var.

Buyur sənin bu cür çirkin əməllərin,xalqı su ilə imtahan etdiyin göz önündədir. Məni məhkəmə ilə hədələyən Babayev Aqrolizinqi çapıb taladiğın kimi indidə Subartizan idarəsində at oynadırsan

Unutmaki, Elçin Tağıyev əqidəsini pula satan media nümayəndəsi deyil !

Agcabədi rayonunda səninkimi məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə az qalıb.

Ardı var izləməyi unutmayın.

Qarşı tərəfində fikirlərini dinləməyə bununla yanaşı sayıtda dərc etməyə hazıram.

Elçin Tağıyev İctimai-Fəal, Prezidentə dəstək, Hüquq Nəzarəti qəzetinin Redaktor müavini, Pressxeber.com sayıtının Baş redaktoru.

Pressxeber.com