2025-ci ildə Türkiyədə otel qiymətlərində köklü artım gözləməyə dəyməz – çox güman ki, orta qiymət göstəriciləri cari ili təkrarlayacaq. Bu barədə Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) vitse-prezidenti Artur Muradyan RİA Novosti-yə müsahibəsində bildirib.
“İndi Türkiyə otellərinin ötən illə müqayisədə qiymətləri aşağı sala bilməyəcəyinə dair siqnallar var ki, bu da lirənin kəskin devalvasiyası ilə bağlıdır. Hesab edirəm ki, kəskin qiymət artımı gözləmək lazım deyil. Rusiyalı turistlər arasında populyar olan otellər yüksək qiymətlərlə dövrləri tənzimləməyə çalışacaq”, – Muradyan qeyd edib.
O, həmçinin əlavə edib ki, turizmdə yüksək və aşağı qiymətlərə dəqiq bölünmə yoxdur, çünki onlar konkret tarixlərdən asılıdır.
“Ona görə də,”orta temperaturun” 2024-cü il vəziyyətinə yaxın qalacağına inanıram” dedi.