Almaniyanın avtomobil istehsalçısı Audi şirkəti tariflərə görə ABŞ-a avtomobil tədarükünü dayandırıb. Bu barədə Der Spiegel şirkət nümayəndəsinə istinadən xəbər verir.
“ABŞ-a aprelin 2-dən sonra gələn bütün avtomobillər hələlik saxlanacaq və dilerlərə verilməyəcək”, – bəyanatda deyilir.
Mənbə bildirib ki, avtomobil istehsalçısı dilerlərin ehtiyatlarını azaltmalı olduğunu bildirib. Bundan əlavə, Audi-nin hazırda ABŞ-da yeni rüsumlara tabe olmayacaq 37 000-dən çox avtomobili var, yəni bu avtomobillər satıla bilər.
Audinin ABŞ-da istehsalının olmadığı da bildirilir. Beləliklə, ən çox satılan Audi Q5 modeli Meksikadakı zavodda, qalan avtomobillər isə Almaniya, Macarıstan və Slovakiyada istehsal olunur.