Mali hökuməti Əlcəzairdən və oradan uçan bütün mülki və hərbi təyyarələrə dərhal qadağa qoyub.
Bu barədə TASS məlumat yayıb.
Mali Nəqliyyat Nazirliyinin rəsmi açıqlamasında bu tədbirin Əlcəzair tərəfinin hərəkətlərinə cavab olduğu vurğulanıb.
Hava hərəkətinin bərpası ilə bağlı qərar əlavə olaraq veriləcək.