Avropa Birliyi maliyyə böhranı riskləri ilə bağlı narahatlıqlarını bildiribbackend

Financial Times qəzetinin Aİ rəsmilərinə istinadən verdiyi məlumata görə, Aİ rəsmiləri enerji böhranının maliyyə böhranına çevrilə biləcəyindən qorxurlar.

Məqalədə deyilir: “Aİ rəsmiləri hökumətləri həddindən artıq dəstək tədbirlərindən çəkinməyə çağırır və enerji şokunun maliyyə böhranına çevrilə biləcəyi barədə xəbərdarlıq edirlər”.

Aİ-nin Enerji Komissarı Dan Yorgensen Financial Times qəzetinə verdiyi müsahibədə qeyd edib ki, bir iqtisadi sektorda baş verənlər bütövlükdə cəmiyyətə təsir edə bilər. O hesab edir ki, dəstək tədbirləri qısamüddətli olmalıdır, əks halda onlar istehsalın dayandırılmasına səbəb ola bilər.