Avropa İttifaqı davam edən təhqiqat səbəbilə TikTok Lite-ni söndürməyi planlaşdırırbackend

Avropa Komissiyası TikTok-un ana şirkəti olan ByteDance ilə bağlı Rəqəmsal Xidmətlər Qanununu (DSA) pozduğu iddiası ilə araşdırmaya başlayıb.

Bu barədə “Tech Crunch” portalı məlumat yayıb.

Bu ilin aprelində Fransa və İspaniyada istifadəyə verilən TikTok Lite istifadəçilərə videolara baxmaq, bəyənmə və digər hərəkətlər üçün xal qazanmağa imkan verir. Bu xalları Amazon sertifikatları və ya yayımçılara hədiyyələr vermək üçün istifadə edilə bilən TikTok rəqəmsal valyutası üçün almaq olar. Bununla belə, Avropa Komissiyası belə bir mexanizmin yetkinlik yaşına çatmayanların psixi sağlamlığına mənfi təsir göstərə biləcəyindən narahatlığını ifadə edib.

Komissiya araşdırma zamanı Aİ-də TikTok Lite tətbiqinə girişi müvəqqəti olaraq qadağan etməyi planlaşdırır, lakin məhdudiyyətə etiraz etmək üçün şirkətə 24 aprel 2024-cü ilə qədər vaxt verib.

Qeyd olunur ki, araşdırma başlamazdan əvvəl Avropa Komissiyası ByteDance-dən onun xidmətinin potensial riskləri barədə 24 saat ərzində hesabat tələb edib, lakin şirkət cavab verməyib.

Mənbə: Sputnik