Avropa İttifaqı fransız sahibkara qarşı sanksiyalar tətbiq edib

Finlandiyada anti-Rusiya sanksiyalarından yayınmaqda şübhəli bilinərək saxlanılan sahibkar Qabriel Temin Avropa İttifaqının (Aİ) 12-ci sanksiyalar paketi çərçivəsində məhdudiyyətlərə məruz qalan şəxslər siyahısına daxil edilib. Siyahı Aİ-nin rəsmi jurnalında dərc olunub.

“Qabriel Temin Aİ-nin məhdudlaşdırıcı tədbirlərinin pozulması ilə bağlı cinayət işi üzrə təqib olunur. Nəticədə, Qabriel Temin [Aİ Şurasının 2014-cü il qərarları çərçivəsində] müddəalardan yayınma qadağasının pozulmasına töhfə verir”, – əsaslandırma hissəsində deyilir.

Sentyabrda Şərqi Uusimaa Rayon Məhkəməsi sanksiya qaydalarını ağırlaşdıran hallarla pozmaqda şübhəli bilinən Qabriel Temini həbs edib.

Mənbə: TASS

Related Post