Finlandiya Xarici İşlər Nazirliyinin rəhbəri Elina Valtonen Hudson İnstitutunda çıxışı zamanı bildirib ki, hazırda Ukraynanın NATO-ya daxil olmaq üçün tələbləri yerinə yetirə biləcəyi zaman çərçivəsini adlandırmaq mümkün deyil. Bu barədə TASS məlumat yayıb.
“Ukraynanın NATO-ya üzvlüyünə gəlincə, mən hesab edirəm ki, etibarlı yol olmalıdır, lakin keçən həftə Avropa İttifaqı Ukrayna ilə üzvlüklə bağlı danışıqlara başlayıb. Və bu, Ukraynaya bir gün Şimali Atlantika Alyansının kriteriyalarına cavab verməyə kömək edəcək etibarlı yoldur, lakin hələlik tarix təyin edə bilmərik”, – o bildirib.
Valtonen onu da qeyd edib ki, Finlandiya hökuməti ÜDM-in 2%-dən çoxunu müdafiəyə xərcləyir.
Mənbə: TASS

