Naməlum şəxs Yunanıstanın Nyu-Yorkdakı Baş Konsulluğunun girişinə yaxın bitkilərin üzərinə sürtdüyü alışan mayedən istifadə edərək, onun girişini yandırmağa cəhd edib. Bu barədə TASS yazır.
Yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb. Bu barədə Yunanıstanın Nyu-Yorkdakı baş konsulu Dinos Konstantinu Yunanıstanın ERT-1 telekanalına müsahibəsində bildirib.
“Naməlum şəxs Yunanıstanın Nyu-Yorkdakı konsulluğunun girişindəki bitkilərin üzərinə tökdüyü alışan mayedən istifadə edərək, onun girişini yandırmağa cəhd edib”, – Konstantinu bildirib. “Yanğınsöndürənlərin dərhal reaksiyası sayəsində yanğın geniş əraziyə yayılmayıb və mən onlara öz minnətdarlığımı bildirmək istəyirəm”, – deyə baş konsul bildirib. O, həmçinin əlavə edib ki, insident nəticəsində xəsarət alan olmayıb.
Mənbə: TASS













