Avropa Komissiyası 2027-ci ilə qədər Rusiya qazının alınmasını qadağan etməyi təklif edir.
Bu barədə Reuters xəbər verir.
Departamentin yol xəritəsində Rusiya qazının idxalına dair yeni sövdələşmələrə və spot müqavilələrə qadağanın 2025-ci ilin sonuna kimi tətbiq ediləcəyi nəzərdə tutulur.
2027-ci ilin sonuna kimi, həmçinin mövcud müqavilələr çərçivəsində Rusiya Federasiyasından adi və mayeləşdirilmiş təbii qazın idxalına qadağa qoyulması təklif edilir.
Hazırda Reuters-in məlumatına görə, Avropa Komissiyasının bu planları məxfi olaraq qalır və dəyişdirilə bilər.