Avropa Parlamentinin İrlandiyadan olan üzvü Kler Deyli bildirib ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Qəzza zolağında münaqişənin qızışdırılmasına görə məsuliyyət daşıyır, RİA Novosti.
Deyli fon der Leyenin fəaliyyətinin Qəzza zolağında amansız müharibəyə səbəb olduğuna əminliyini ifadə edib. Deputat Avropa Komissiyasının rəhbərini “Frau soyqırımı” adlandıraraq, bir çox avropalıların bu fikirdə olduğunu bildirib.
Daha əvvəl bildirilmişdi ki, İsrail Müdafiə Qüvvələrinin (İDF) Qəzza zolağının mərkəzində yerləşən Əl-Məğazi qaçqın düşərgəsinə endirdiyi zərbələr nəticəsində çoxlu sayda fələstinli yaralanıb.
Mənbə: RİA Novosti

