Ukraynanın Avropa Birliyinə gedən yolunda ən böyük maneənin adı açıqlanıbbackend

Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı yəqin ki, ən narahatedici problem korrupsiyadır.Bu fikri Yaponiyanın “Nihon Keizai” nəşrinin müəllifləri bildirib.

Məqalədə deyilir ki, hətta Rusiya ordusu ilə qarşıdurmada ön cəbhədə olan Müdafiə Nazirliyi də daim korrupsiya, xüsusən də ərzaq və texnika sahəsində ittihamlarla üzləşir. “Dəstək üçün ayrılan pulun izsiz yoxa çıxması faktını heç kim qəbul edə bilməz”, – nəşr yazır.

Müəlliflər həmçinin təklif edirlər ki, üzvlük danışıqları ətrafında yaranmış ruh yüksəkliyi tezliklə öz yerini Ukraynadakı maliyyə problemləri və korrupsiya ilə bağlı məyusluğa verə bilər. Onun fikrincə, Rusiya məhz bunu istəyir.

Mənbə: A Haber