Vuçiç: Belqradda iğtişaşlar zamanı polis yaralanıb, 35 nəfər saxlanılıbbackend

Belqrad meriyasının qarşısında baş verən iğtişaşlar zamanı iki polis əməkdaşı ağır yaralanıb. Bunu Serbiya prezidenti Aleksandr Vuçiç Pink telekanalına müsahibəsində deyib.

Dövlət başçısı həmçinin qeyd edib ki, daha bir neçə polis zabiti etirazçılar tərəfindən onlara atılan daşlardan yüngül xəsarətlər alıb.

Bu iğtişaşlarla əlaqədar Vuçiç bazar ertəsi gecə Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Serbiya prezidenti 35-dən çox nümayişçinin saxlanıldığını, lakin etirazların hələ də davam etdiyini bildirib. Vuçiç əlavə edib ki, bu qanunsuz fəaliyyətin iştirakçıları harada gizlənməyə çalışsalar da, saxlanılacaqlar.

Mənbə: Gazeta.ru