Avropa Parlamenti (AP) seçkilərində təxmini fəallıq 51% təşkil edib ki, bu da 2019-cu ildə 50,66% olan son seçkidən bir qədər yüksəkdir. Bu barədə TASS AP-nin mətbuat xidmətinə istinadən yazır.
“51%-lik iştirak səviyyəsi əvvəlki seçkilərlə müqayisədə bir qədər yüksəkdir ki, bu da Avropa demokratiyası üçün müsbət siqnaldır. Lakin bu məlumatlar hələlik ilkin xarakter daşıyır, çünki bəzi ölkələrdə, məsələn, İtaliyada səsvermə prosesi hələ də davam edir”, – mətbuat xidmətinin nümayəndəsi jurnalistlərlə söhbətində qeyd edib.
Bundan əvvəl Avropa Parlamentinə (AP) iyunun 6-dan 9-dək keçirilən seçkilərdə Avropa Xalq Partiyasının (APP) birinci yeri tutduğu bildirilirdi. Bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.
Mənbə: TASS