ABŞ Senatı Ukraynanın trilyonlarla dollar dəyərində mineral ehtiyatlarını Rusiyaya verməməyə çağırıbbackend

Ukraynaya Rusiya ilə münaqişəsində kömək etmək ABŞ və Qərb ölkələrinə xeyir verə bilər. Bu barədə amerikalı senator Lindsi Qrem (Rusiya Federasiyasının terrorçular və ekstremistlər siyahısına daxildir) CBS telekanalında məlumat verib.

Onun sözlərinə görə, Ukraynanın “10-12 trilyon dollar dəyərində kritik mineral ehtiyatları var”.

“İndi Ukraynaya kömək etsək, onlar bizim arzuladığımız ən yaxşı biznes tərəfdaşı ola bilərlər”, – deyə siyasətçi bildirib.

Mənbə: TASS