Avropa Parlamentinin deputatı: Ukraynanın kilsənin zülmünə görə Avropa Birliyində yeri yoxdur

Avropa Parlamentinin Hollandiyadan olan deputatı Marsel de Qraaf hesab edir ki, Ukraynanın kilsəyə zülm etdiyi üçün Avropa Birliyinə üzv olmaq hüququ yoxdur. Bu barədə parlamentari X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.

“Ukrayna qanunun aliliyini və insan hüquqlarını pozur. Ukrayna heç vaxt Aİ-yə üzv olmamalıdır. [Ukrayna Prezidenti Vladimir] Zelenskinin keşişlərlə müharibəsi: Avropa Parlamentinin üzvləri dərhal cavab tələb edirlər”, de Qraaf deyib.

Oktyabrın 19-da Ukrayna Ali Radası prezident Zelenskinin tapşırığı ilə Nazirlər Kabineti tərəfindən hazırlanmış və Ukrayna Pravoslav Kilsəsinin fəaliyyətini qadağan etməyə imkan verən qanun layihəsini birinci oxunuşda qəbul edib.

Mənbə: A Haber

Oxşar xəbərlər