ABŞ dövlət katibi Antoni Blinken Fələstin Milli Administrasiyasının Qəzza zolağının idarə olunması üçün ən yaxşı variant olması ilə bağlı fikirlərini bölüşüb. Bu barədə RİA Novosti məlumat yayıb.
O, Senatın komitə iclasında deyib: “Ən məqbul həll yolu Fələstin Milli Administrasiyasının Qəzza zolağında nəzarəti və son nəticədə təhlükəsizlik üçün məsuliyyəti öz üzərinə götürməsi olacaq”.
Bununla belə, Blinken vurğuladı ki, Həmas və ya İsrailin Qəzza zolağında idarə olunmasına icazə vermək seçim deyil.
Mənbə: RİA Novosti

