İspaniya xarici işlər naziri Xose Manuel Albarez Yaxın Şərqdə “bütün cəbhələrdə” müharibənin davam edəcəyini bildirib. Onun sözləri RTVE tərəfindən sitat gətirilib.
“Hər şey göstərir ki, bütün cəbhələrdə müharibə davam edəcək. Və gördüyümüz risk, onilliklərdir Yaxın Şərqi bürüyən bu sonsuz müharibənin yayılmasındadır”, – deyə Albarez bildirib.
Onun sözlərinə görə, “görünür, Yaxın Şərq xalqlarının müharibədən başqa qarşılıqlı əlaqə qurmasının başqa yolu yoxdur”. Lakin nazir bildirib ki, bu müharibə o qədər miqyas alır ki, onun iqtisadi nəticələri dünyanın qalan hissəsinə təsir göstərir.













