Avropada ən çox axtarılan cinayətkarlardan biri Marko Raduano Korsikada həbs edilibbackend

Bild xəbər verir ki, Europol siyahısında ən çox axtarılan cinayətkarlardan biri, mafiya başçısı Marko Raduano Korsika adasında həbs edilib.

Polis Raduanonu yoldaşı ilə getmək niyyətində olduğu dəbdəbəli restoranın yaxınlığında saxlayıb.

2023-cü ildə Puglia mafiya qrupunun başçısı olan Raduano cinayət təşkilatında iştirak, narkotik alveri və qanunsuz silah saxlama ittihamı ilə 24 il həbs cəzasını çəkdiyi ən təhlükəsiz İtaliya həbsxanasından qaçıb.

Mənbə: TASS