Messinin səhhətindəki problemlər məlum olubbackend

Amerikanın “İnter Mayami” klubunun baş məşqçisi Xerardo Martino komandanın hücumçuları Lionel Messi və Luis Suaresin Honq Konq çempionatının ulduz komandası ilə oyunda niyə meydana çıxmadığını açıqlayıb. Onun sözlərini South China Morning Post nəşri sitat gətirir.

“Bu, həkimlər qrupunun qərarı idi. Onların fiziki durumunu yoxladıq. Əgər onları sahəyə çıxarsaydıq, onların fiziki sağlamlıqlarını riskə atmış olarıq. Azarkeşlərin çox üzüldüyünü başa düşürük və onlardan bağışlanmalarını diləyirik. İstərdik ki, Messini bir müddət meydanda oynatmaq mümkün olsun, lakin risk çox böyük idi”, – Martino bildirib.

Fevralın 4-də Honq-Konqun ulduz komandası yoldaşlıq görüşündə Mayami “İnter”inə 1:4 hesabı ilə uduzub. Messi ehtiyatda qalıb, buna görə də tamaşaçılar oyun boyu tribunadan öz tələblərini səsləndirərək biletlərinin pulunun qaytarılmasını tələb ediblər.

Mənbə: Sport.ru