Avstraliyanın Sidney şəhərində sahildə mənşəyi məlum olmayan yüzlərlə kiçik qara top aşkar edildikdən sonra şəhər çimərliyi bağlanıb.
Bu barədə TASS yazır.
Yerli şura rəsmiləri bildiriblər ki, Coogee Beach “təcili yardım xidmətləri sahilə çıxan naməlum mənşəli bütün qara topları tapıb toplayana qədər bağlı qalacaq”.
“Ölkəmizdə ilk dəfədir ki, belə bir hadisə qeydə alınır və indi biz aşkar edilmiş obyektlərin təhlükəsiz şəkildə çimərlikdən yığılıb çıxarılması üçün tədbirlər görür, ətraf ərazilərə baxış keçiririk”, – deyə yerli hakimiyyət orqanları aydınlaşdırıblar.
Topların bir hissəsi artıq toplanaraq öyrənilmək üçün Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilib.