Fransada saxlanılan rusiyalı Olimpiadada iğtişaşlar hazırlamaqda ittiham olunubbackend

Fransada saxlanılan Rusiya vətəndaşı Kirill Qryaznova qarşı iğtişaşların təşkilində xarici dövlətlə əməkdaşlıq maddəsi ilə iş açılıb.

RİA Novosti bu barədə Paris prokurorluğuna istinadən xəbər verir.

İdarə aydınlaşdırıb ki, rusiyalıya qarşı məhkəmə istintaqı 2024-cü il iyulun 23-də başlayıb. Fransada iğtişaş törətmək məqsədi ilə xarici dövlətlə əməkdaşlığa dair maddə 30 ilədək həbs cəzasını nəzərdə tutur.

Agentliyin həmsöhbətinin dediyinə görə, Daxili İşlər Nazirliyinin sifarişi ilə hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsin evində axtarış aparıblar və bu zaman onun Olimpiya Oyunları zamanı sabitliyi poza biləcək insidentlər təşkil etmək niyyətini göstərən elementlər aşkar edilib.