Avstraliyada bir adam “dünyanın ən zəhərli” balığı tərəfindən sancıldıqdan sonra xəstəxanaya yerləşdirilib, Daily Mail yazır.
Alman turist Kasper Krupa Qərbi Avstraliyada okeanda çimərkən dünyanın ən zəhərlisi hesab edilən daş balığı sancıb.
“Bir şey barmağımı sancdı. Əlimi sudan çəkdim, bir az qan axırdı” dedi.
Sevgilisi maşın sürməyi bilmədiyi üçün Kasper özü ən yaxın xəstəxanaya getməli olub. O, avtomobili sağ əli ilə idarə etdiyini, sol əli ağrıdan hərəkətsiz qaldığını izah edib.