Çinli geoloqlar Hunan əyalətindəki mədəndə təxminən 82,8 milyard dollar dəyərində qızıl ehtiyatı aşkar ediblər.
Bu barədə “RİA Novosti” vilayətin Geologiya İdarəsinə istinadən yazır.
Mütəxəssislər Vanqu yatağında 2 min metrdən çox dərinlikdə 40-dan çox qızılı olan damarlar aşkar ediblər.
“Vanqu qızıl yatağında filiz yataqlarının miqyası çox böyükdür. Qızıl ehtiyatları min tondan çox, ehtiyatların dəyəri isə 600 milyard yuana çatacaq”, – mənbə qeyd edir.