Avstraliya hökuməti 90 Rusiya vətəndaşı və 40 Rusiya təşkilatına qarşı yeni sanksiyalar tətbiq etmək qərarına gəlib.
TASS xəbər verir ki, bu barədə ölkənin baş naziri Entoni Albaneze bildirib.
Avstraliya baş nazirinin sözlərinə görə, sanksiya siyahısına “Rusiya enerji, təbii ehtiyatlar, sənaye, təhsil, əmək, miqrasiya və səhiyyəyə cavabdeh olan nazirlər, habelə Rusiya üçün iqtisadi və strateji əhəmiyyət kəsb edən vətəndaşlar və təşkilatlar” yer alacaq.
İctimai.az

