İspaniyada məhkəmə çılpaq çimərliklərdə soyunmamağa icazə verib

İspaniyanın Vera şəhərində çimərliyə sahib olan otel, bütün tətilçiləri həm çimərliyin özündə, həm də kurort kompleksinin ərazisində paltarsız olmağa məcbur edib.

Bu barədə Washington Post yazır.

Nudistlərin əleyhdarı təşəbbüs qrupu bu cür tələbləri ayrı-seçkilik adlandıraraq İspaniya Ali Məhkəməsinə müraciət edib. Məhkəmənin fikrincə, kurort ictimai yerlərdə çılpaq qalmaq istəməyənlərin hüquqlarına riayət olunmasına nəzarət etməyə başlayacaq xüsusi mühafizəçilər tutmalıdır.

Məhkəmə, əlavə olaraq, qərarını “çılpaqlıq hər kəsin seçimidir və ondan istifadə praktikası əsassız tələb oluna bilməz” kimi əsaslandıraraq, iddiaçılara pul təzminatı ödənilməsinə qərar verib.

Mənbə: Lenta.ru

İctimai.az

Oxşar xəbərlər