Koreyanın Kia şirkəti Meksikada Rio modelini əvəz edəcək yeni K3 sedanını təqdim edib. Brendin mətbuat xidmətindən verilən məlumata görə, satışlar 2023-cü ilin sentyabrında başlayacaq.
Avtomobil LED fənərlər və işıqlar, 17 düymlük təkər diskləri, qara plastik qapı üzlükləri, qoşa egzoz boruları alıb. Avtomobilin uzunluğu 4545 mm-dir. Bazarda Hyundai Solaris modeli ilə rəqabət aparacaq.
Salonda ön paneldə idarə paneli və multimedia sistemini birləşdirən nəhəng geniş ekran quraşdırılıb. Avadanlıqlara altı təhlükəsizlik yastığı, iki zonalı iqlim nəzarəti, avtomatik təcili əyləc, zolaq saxlama və “ölü” zonaların monitorinqi daxildir.
Mənbə:RİA Novosti

