AvtoVAZ Putini Renault-nu Rusiyaya buraxmamağa çağırıbbackend

Fransanın avtomobil istehsalçısı Renault ABŞ-la münasibətlərin istiləşməsi fonunda Rusiyaya qayıtsa, bu, iş yerlərinin sayını ixtisar etməklə AvtoVAZ işçilərinə təhlükə yaradacaq.

“360.ru” nəşri məsələyə istinadən xəbər verir ki, bu barədə rus avtomobil istehsalçısı Rusiya prezidenti Vladimir Putinə və hökumətə müraciətində bildirib.

AvtoVAZ barışdırıcı komissiyası Renault və ya digər “Rusiyadan qaçan xainləri” ölkəyə buraxmamağa çağırıb. Əks halda, onların yenidən işə başlaması çətin vaxtlarda şirkəti tərk etməyənlər üçün iş yerlərinin itirilməsi təhlükəsi yarada bilər, bəyanatda vurğulanır.

Xatırladaq ki, Renault 2022-ci ilin mayında Rusiyanı tərk edərək AvtoVAZ-dakı 68% payını altı il ərzində geri almaq hüququ ilə satıb. Artıq həmin ilin iyul ayında avtomobil istehsalçısının Rusiya Federasiyasında fəaliyyətinin dayandırılması ilə bağlı itkiləri 2,3 milyard avro təşkil edib.