Rusiyanın avtomobil istehsalçısı AvtoVAZ şirkəti Lada Vesta avtomobillərinin istehsalını dayandırıb.
Bu barədə “VKontakte” sosial şəbəkəsində “Avtograd News” ictimai səhifəsi məlumat yayıb.
“Sentyabrın 25-də saat 9.00-da Vesta avtomobilinin yığılması dayandırıldı. İkinci növbə də avtomobil istehsalı ilə məşğul deyil, sürət qutularının istehsalı uğursuzluqla nəticələnib, kadrlar başqa şöbələrə bölünüb”, – məlumatda deyilir.
Bundan əvvəl məlum olub ki, 12 mindən çox yığılmış Lada Vesta NG-nin Lada West Tolyatti zavodunun yaxınlığındakı qapalı ərazidə nümayiş etdirilib.
Konveyerdən çıxandan sonra nəqliyyat vasitələri 16 saylı keçid məntəqəsinin yaxınlığında qalıb. Ötən həftənin əvvəlində orada 10 minə yaxın avtomobil var idisə, hazırda onların sayı 2 minə çatıb.