“Forbes” Rusiyanın ən gəlirli şirkətlərini açıqlayıbbackend

“Forbes” “Rosneft”i 2023-cü ildə ən gəlirli Rusiya şirkəti adlandırıb. Onun dövr ərzində xalis mənfəəti 1,529 trilyon rubl təşkil edib.

Əvvəlki lider “Qazprom” 583 milyard rubl dəyərində rekord itki ilə ilk 100-lükdən geriləyib.

Sber reytinqdə ikinci yeri tutub. 2023-cü ildə bank 1508,6 milyard xalis mənfəət əldə edib. İlk üçlüyü 1322,1 milyard rublla “Surqutnefteqaz” qapayır.

İlk onluğa həmçinin Lukoil (1 160,3 milyard), Novatek (469,5 milyard), VTB (432,2 milyard), Saxalin Energy (315,3 milyard), Transneft (306,6 milyard), Tatneft (286,3 milyard) və Norilsk Nikel (251,8 milyard) daxildir.