Aynur Əfəndi Zadə: “NATO – dünəndən bu günə”backend

NATO – Dünyada sülhü bərqərar etmək niyyəti ilə 1949-cu ildə təsis olunmuşdur. NATO üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının  dəf edilməsi, ehtiyac olduqda isə hərbi gücdən istifadə edilməsini nəzərdə  tutan müstəqil dövlətlərin hərbi birliyidir. Zamanın sınağından keçən bu hərbi təşkilatın əsl yaranma səbəbi isə dünyada kommunizmin yayılmasının qarşısını almaq idi. Və buna cavab olaraq 1955-ci ildə  SSRİ  Varşava Müqaviləsi təşkilatını yaratmışdı. 1991-ci ildə SSRİ –nin süqutu ilə Soyuq müharibənin qalibi ABŞ, dünyadakı yeganə irimiqyaslı hərbi təşkilat isə NATO oldu. Keçən zaman ərzində üzvlərinin sayını artıran bu hərbi təşkiltın əsas məqsədi sərhədlərini şərqə doğru genişləndirməkdir. Sovetlər birliyi dağıldıqdan sonra isə NATO Rusiya Federasiyasının ərazi bütövlüyü üçün təhdid olaraq qalmaqdadır. 1992-ci ildə bir sıra post Sovet ölkəsini etiva edən KTMT adlı hərbi təşkilat yaransa da, o əsla  NATO ilə müqayisə ediləcək potensila malik deyil. ABŞ-ın xarici siyasəti xaos üzərində qurulduğu üçün o əsib keçdiyi ölkələrin heç birində bir düzən qurulmasına icazə vermir. İraq və Əfqanıstan bunun bariz nümunəsidir. Bu xaosdan qurtulmağın yeganə yolu Qərbin təsisatına daxil olmaqdır.

Yaxın günlərdə  Finlandiya və İsveçin üzvlük üçün NATO-ya müraciəti dünyanın siyasi axışındakı gərilimi daha da artırdı. Rusiyanın bu məsələyə münasibəti necə olacaq?

Şimal Alyansının 30 üzvü bu 2 Skandinaviya ölkəsini öz sıralarında görməkdən məmnun olacaqmı?

Rusiyanın Ukraynanı işğalına reaksiya olaraq bu qərara gələn Finlandiya və İsveç 45 illik Soyuq Müharibə dövründə neytral mövqe nümayiş etdirsə də artıq susqunluğunu pozmağın vaxtı gəlib çatdığını hesab edir. Finlandiya və İsveçin Şimal Alyansına üzv olması ilə Baltik dənizi və Artika dolayısıyla Qərbin nəzarətinə keçmiş olacaq və bu ərazilərdə Rusiyanın təsir gücü zəifləyəcək. Ukraynada öz statusunu itirməkdən qorxan Rusiya istənilən halda öz sərhədlərində NATO ilə qarşı-qarşıya gələcək. Bu durumda Rusiya üçün “yağışdan çıxıb yağmura düşdü” ifadəsi  yerinə düşərdi.

Tarixdə Rusiya-Fin münasibətlərinə nəzər salsaq finlər daim Rusiyanın basqısını öz üzərində hiss etmişdi. Belə ki, 1939-40-cı illərə təsadüf edən Qış Müharibəsinin nəticəsi olaraq Finlandiya uzun müddət neytral mövqe tutmağa məcbur edildi. Həmin vaxt bu hadisə Hitler Almaniyasının müharibədən yenicə çıxmış SSRİ-yə cəbhə açmasına şərait yaratmış oldu.

Hər hansı bir dövlətin NATO sıralarına daxil olması  üçün ilk növbədə onun bütün üzvlərinin razılığını almalıdı. Prodsedur bir neçə həftədən bir ilə qədər davam edə bilər.

30-luq arasında veto Türkiyədən gəldi. Türkiyə lideri R.T.Ərdoğan bu iki ölkənin xüsusilə də İsveçin Suriya və İraqda  PKK-nı dəstəklədiyini əsas gətirərək  Alyansa daxil olmaqlarına qarşı çıxdı. O hesab edir ki, “ bir təhlükəsizlik təşkilatı olan NATO təhlükə saçan dövlətləri öz sırlarına qatmamalıdı, bu zaman o təhlükəsizlik təşkilatı olmaqdan çıxar və terroristliyi təmsil edən təsisata çevrilər”.

Analoji hadisə illər öncə Yunanıstanda yaşanmışdır. Belə ki, 1974-cü ildə Yunanıstanda çevriliş olanda bu dövlət NATO-ya etiraz olaraq üzvlükdən çıxmışdı. 1980-cı ildə isə yenidən onun sıralarına qatılmağa qərar vermiş və həmin vaxt Türkiyənin vetosu ilə qarşılaşmışdı. ABŞ-ın Türkiyə üzərindəki təyziqi ilə məsələ öz həllini tapmışdı. Hazırki vəziyyətdə də Türkiyə  birmənalı olaraq danışıqlar qapısını bağlamır. Yəqin ki bu iki Skandinav ölkəsi və onlar üzərindən lazımi ünvanlardan  təhlükəsizlik sözü aldıqdan, tələbləri yerinə yetirildikdən sonra müsbət cavab verəcək. Türkiyənin tələblərinə gəldikdə isə:

  • Hər iki ölkə PKK və YPD/YPG-ni terror təşkilatı elan etməlidir;

  • Türkiyəyə qarşı silah embarqosu ləğv edilməlidir;

  • F-35 programına geri dönməli, F-16 təyyarələrinin yeni alış paketi təsdiq olunmalıdı;

  • S-400-lə bağlı sanksiylar qaldırılmalıdır.

Ukraynanın NATO-ya üzv olmaq istəyini dilə gətirməsi hazırda Avropanın mərkəzində davam edən qarşıdurma ilə nəticələndi. Rusiya sərhədlərindəki ölkələrin Şimal Alyansına qatılmasının onun qırmızı xətti olduğunu açıqlamış və Ukraynanın bu istəyini onun ərazisində hərbin əməliyyatlara başlamaqla cavablandırmışdı. Rusiya  bu iki dövlətin üzvlük məsələsinə münasibətdə onun ərazi bütövlüyünə təhdid olmadığını söylədi. Bəs Rusiya nə üçün sərhədlərinə yaxın yerləşən daha iki Avropa ölkəsinin Şimal Alyansına qatılmağına bu qədər sakit və müəmmalı reaksiya verdi?

Aydındır ki, indiki vəziyyətdə Rusiyanın ikinci cəbhə açmasının nəticələri onun üçün ağır ola bilər. Yenə də söhbət ekspansionist və imper ruhlu Rusiyadan gedir…