Azərbaycanın yürütdüyü siyasət həm ikitərəfli, həm də çox tərəfli əlaqələrin güclənməsinə mühüm töhfələr verirbackend

Beynəlxalq müstəvidə, eləcə də regional müstəvidə əməkdaşlığa və təhlükəsizliyə töhfə verən həm iki tərəfli, həm də nüfuzlu təşkilatların işində yaxından iştirak etmək hər bir ölkənin beynəlxalq münasibətlər sistemində oynadığı rola təsir edən vacib faktorlardan sayılır. Azərbaycan Respublikası da beynəlxalq aləmə inteqrasiya kursunu seçərək hər zaman xarici siyasətdə həm ikitərəfli, həm də qlobal proseslərə əsaslı təsir imkanları olan aparıcı və nüfuzlu təşkilatlar və ölkələrlə əməkdaşlığa daim mühüm önəm verib.

Xüsusilə, iki tərəfli əməkdaşlıqlar əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev cənablarının uğurla həyata keçirdiyi xarici siyasət kursunun mühüm cəhətini təşkil edir. Çünki Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tutmasında və ayrı-ayrı dövlətlərlə əlaqələrinin qurulmasında və inkişafında ikitərəfli münasibətlər olduqca vacib rol oynayır. Bu mənada ölkəmizin yürütdüyü xarici siyasət kursu beynəlxalq təşkilatlarda Azərbaycanın qaldırdığı bütün məsələlərdə iki tərəfli münasibətlər zəminində pozitiv məcraya yönəlib. Avropa dövlətləri ilə ikitərəfli münasibətlərin möhkəmlənməsi  Avropa məkanında Azərbaycana olan rəğbəti günü gündən gücləndirir. Qeyd etmək istərdim ki, 2014-cü ildə Prezident İlham Əliyev cənablarının Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində bu barədə deyib: “Daxili amillər, iqtisadi gücümüz, dünyada artan nüfuzumuz bizə imkan verir ki, bundan sonra da prinsipial xarici siyasətimizi aparaq. Deyə bilərəm ki, bu siyasət beynəlxalq birlik tərəfindən də təqdirlə qarşılanır. Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq edə bilmişdir.”.

Azərbaycanın üzvü olduğu və işində yaxından iştirak etdiyi təşkilatlardan biri də Litvadı. Litva Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 20 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə yəni, 20 noyabr 1995-ci ildə qurulmuşdur. Səfirliklərin açılması prosesi 12 il fərqlə yəni, Azərbaycan Respublikasının Litva Respublikasında Səfirliyi 2007-ci ilin sentyabr ayında açılmışdır. Eyni zamanda, Litva Respublikasının

Azərbaycan Respublikasında Səfirliyi 3 aprel 2007-ci ildə açılmışdır. Lakin, səfirliklərin açılması ilə ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf etmişdir.  18 may 2022-ci il tarixində Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində təşkil edilən Azərbaycan-Litva biznes forumu çərçivəsində qəbul edilən 6 sənədlə iki dövlət arasında imzalanmış sənədlərin sayı 45 çatdı.  Bundan əlavə, Azərbaycanda 19 Litva şirkəti ticarət, xidmət və tikinti sahəsində fəaliyyət göstərir. Möhtərəm cənab Prezidentimizin forum çərçivəsində səsləndirdiyi fikirlər: “Avropa İttifaqı ilə aparılan əməkdaşlığımız haqqında bir neçə söz deyim. Avropa İttifaqı bizim əsas ticari tərəfdaşımızdır və bu, belə də davam edəcək. Biz yeni sazişlə bağlı Avropa İttifaqı ilə aparılan danışıqların son mərhələsindəyik. Əlbəttə ki, Avropa İttifaqının üzvləri, xüsusən də Litva ilə əməkdaşlıq bizim üçün strateji əhəmiyyət kəsb edir. Şadam ki, bu əməkdaşlıq çox uğurla inkişaf edir.” İki tərəfli münasibətlərimizin mahiyyəti bir daha ortaya qoyur.

 

Abbas Pənahov

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini