2024-cü ilin 9 ayında Azərbaycan Türkiyəyə 7,3 milyard kubmetr, Avropaya 9,4 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr təbii qaz ixrac edib.
Azərbaycan Energetika Nazirliyi 2024-cü ilin 9 ayı ərzində neft və təbii qaz hasilatı və ixracı ilə bağlı məlumat paylaşıb.
Məlumatlara görə, bu ilin 9 ayında Azərbaycanda 21,6 milyon ton neft (kondensat da daxil olmaqla) hasil edilib və bunun 17,9 milyon tonu ixrac edilib.
İlin 9 ayında Azərbaycanda 37,1 milyard kubmetr təbii qaz hasil edilib və bunun 18,4 milyard kubmetri xaricə satılıb.
Nazirliyin məlumatına görə, qeyd olunan dövrdə Türkiyəyə 7,3 milyard kubmetr, Avropaya 9,4 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr təbii qaz ixrac edilib.