Azərbaycan futbolunda kuryoz hadisəbackend

Futbol üzrə Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində keçirilən “Sumqayıt” – “Keşlə” oyununda kuryoz hadisə baş verib.

İctimai.az Futbolinfo.az-a istinadən xəbər verir ki, qonaqların heyətində Tərlan Quliyev 78-ci dəqiqədə Şəhriyar Əliyevin əvəzində meydana daxil olub.

Ancaq baş hakim Elçin Məsiyev matçın protokoluna əsasən müdafiəçini meydandan kənarlaşdırıb. Çünki Tərlan protokolda 3 nömrəli futbolkada qeyd edilsə də, oyuna 33 nömrəli forma ilə girib. Ehtiyat oyunçular skamyasında isə 3 nömrəli forma tapılmayıb. Əlacı kəsilən “Keşlə” tərəfi 33 nömrədəki üçlərdən birini ağ “skoç” ilə görünməz edib.

İctimai.az