“İnter” Konte ilə bağlı qərar verdibackend

İtaliyanin “İnter” klubu baş məşqçisi Antonio Konte ilə bağlı qərarını açıqlayıb.

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın rəhbərliyi italiyalı mütəxəssislə görüşüb. Görüşdə qərara alınıb ki, Konte yeni mövsümdə də komandanı çalışdırsın.

Xatırladaq ki, “İnter”in 51 yaşlı məşqçi ilə yollarını ayıracağı haqda xəbərlər yayılmışdı. Bu mövsüm A Seriyasında 2-ci yeri tutan Konteninin komanası Avropa Liqasının finalında “Sevilya”ya  2:3 hesabı ilə uduzaraq gümüş medal qazanıb.
İctimai.az