“Könüllülər ili” çərçivəsində şahmat turniri keçirilibbackend

04 sentyabr 2020-ci il tarixdə açıq havada “Könüllülər ili” çərçivəsində şahmat üzrə Nərimanov rayon turniri keçirilib.

Turnirin keçirilməsində əsas məqsəd könüllü fəaliyyət aparan gənclərin müntəzəm bədən tərbiyəsi və idmanla məşğul olmağa cəlb etmək, gənc könüllülər arasında sağlam həyat tərzi və idman vasitəsi ilə sosial fəaliyyəti artırmaq, gənc könüllülər arasında idmanın inkişafı və könüllü idmanı üzrə idman əlaqələrini möhkəmləndirməkdir.
Turnirin açılış mərasiminində çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Ağ Top” Şahmat klubunun direktoru Cavanşir Bağırov, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev qeyd etdilər ki, Azərbaycanda “Könüllülər ili” elan olunub. İlin 6 ayı ərzində koronavirus pandemiyası səbəbindən ölkəmizdə bir sıra beynəlxalq tədbirlər, idman yarışları təxirə salınmışdır. Lakin bununla belə bu dövrdə könüllülər ölkədə pandemiyaya qarşı mübarizədə hökumət qurumlarına dəstək fəaliyyəti həyata keçirib, müxtəlif şəhərlərdə maarifləndirmə işlərində yaxından iştirak ediblər. Pandemiya iqtisadiyyata zərbə vurduğu kimi gənclərin fəaliyyətinə təsirsiz ötüşmədi. COVİD-19 koronavirus infeksiyasının yaratdığı çətinliklərə məruz qalan cəmiyyətin ən çox hissəsi gənclərdir. Buna baxmayaraq gənclər sosial izolyasiya dövründə dövlətin gördüyü bütün tədbirləri dəstəkləyib və həyata keçirilməsində fəal iştirak edirlər. Xüsusilə əhalinin xəstəliklə bağlı maarifləndirilməsində, qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin yerinə yetirilməsində fəaldırlar. Könüllülük insanları vahid məqsəd ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formasıdır. Könüllülük həm vətənpərvərlik məktəbi, həm də öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq örnəyidir. 2020-ci ili Cənab Prezident tərəfindən Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsi də gənc nəslə onun fəaliyyətinə olan diqqət və qayğıdan irəli gəlir.
Yarışa başlamazdan əvvəl bütün yarış iştirakçıları bədən hərarəti ölçən xüsusi cihazla yoxlanışdan keçmişdir. Turnit iştirakçılarına pandemiya ilə əlaqədar olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın sosial izolyasiya qaydaları haqqında və öncədən müəyyən olunmuş qaydalara əməl olunması barədə ətraflı məlumat verilmişdir.
Yarışda 12 nəfər könüllü şahmatçı iştirak etmişdir. Onlardan, I yeri Hüseynov Krişnadaş, II yeri Hüseynov Balaran və III yeri isə Əbdülbağıyev Rüfət qazanmışdır.
Qalib könüllülər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom, medal və kubok ilə təltif olunmuşlar.