Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
İctimai.az xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində monqolustanlı Munxtur Lxaqvagerel üz-üzə gəlib.
Rəqibinə 12:2 hesabı ilə qalib gələn Meşvildişvili 1/2 finala vəsiqə qazanıb.