“Azərbaycan inciləri YUNESKO-nun irsində” layihəsi baş tutub.backend

22-31 oktyabr 2021-ci il “Azərbaycan inciləri YUNESKO-nun irsində” layihəsi baş tutub. Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Tibb Universiteti və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə həyata keçirilən layihənin açılış mərasimi 22 oktyabr tarixində ATU-da reallaşıb.

İctimai.az xəbər verir ki, açılış mərasimində ATU-nun Xarici tələbələrlər iş üzrə dekan müvini Qoşqar İsmayılov,layihə rəhbəri,UNEC-in magistr tələbəsi Tamilla Qəhrəmanzadə iştirak ediblər. Açılış nitqi ilə çıxış edən Qoşqar İsmayılov tələbələri salamlayıb və  layihənin əhəmiyyəti,ölkəmizdə təhsil alan tələbələrin bu istiqamətdə məlumatlandırılması işinin vacibliyini qeyd edərək layihənin işinə uğurlar arzu edib. Daha sonra çıxış edən layihə rəhbəri  Tamilla Qəhrəmanzadə layihənin məqsədləri və görüləcək işlər barədə iştirakçılara məlumat verib və lahiyənin baş tutmasında dəstək olan Azərbaycan Respublikasının Gənclər Fonduna və tərəfdaşlara təşəkkür edib.

Açılış mərasiminin gedişi zamanı ATU-da təhsil alan xarici ölkə vətəndaşlarına ölkəmizin milli irsinə aid YUNESKO-nun ümumdünya irs siyahısına daxil olan tarixi abidələr haqqında dolğun informasiya verilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın ölkəmizin mədəni irsinin dünyada tanıdılması və  YUNESKO-nun  ümumdünya irs siyahısına daxil edilməsində apardığı işlər  haqqında geniş informasiya verilib və sonda iştirakçılarınalayihənin adı əks olunan qeyd dəftərləri təqdim olunub. İnfosessiyanın sonunda layihə iştirakçılarının sualları cavablandırılıb və tarixi abidələrlə yerində tanış olmaq üçün səfərlərin tarixi müəyyənləşdirilib.

Layihə çərçivəsində ilk səfər 27 oktyabr  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna, 30  oktyabr Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna, 31 oktyabr tarixində isə  Şəki şəhərində yerləşən Şəki Xan Sarayı,Kiş Alban Məbədi,Şirvanşahlar Sarayına təşkil olunub. Səfərlər zamanı layihə  iştirakçılarına tarixi abidələrin tarixi,ölkəmizin mədəni irsi haqqında əyani məlumat verilib.

Layihə  ATU-da təhsil alan  müxtəlif ölkələri təmsil edən 100 nəfər tələbəni əhatə edib. Layihə iştirakçıları ölkəmizin mədəni irsi haqqında müsbət fikirlər səsləndiriblər.