“Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin tarixi zəfərdə rolu” mövzusunda onlayn tədbir keçirilibbackend

Noyabrın 2-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə, Hacıqabul və İmişli rayonlarında “Azərbaycançılıq və gənclik” adlı təbliğat kampaniyası çərçivəsində “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin tarixi zəfərdə rolu” mövzusunda onlayn tədbir keçirilib. Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədr müavini Şahin İsmayılov və  şair, publisist, Əməkdar incəsənət xadimi Abdulla Qurbani iştirak ediblər. Onlayn tədbirə Hacıqabul və İmişli rayonlarından olan fəal gənclər qoşulublar.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənib,  ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 44 günlük Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

İntiqam Babayev, Şahin İsmayılov və Abdulla Qurbani giriş sözü ilə çıxış edərək tədbirin məqsədi, mahiyyəti və əhəmiyyəti barədə fikirlərini çatdırıblar. Qeyd edək ki, əsas məqsəd Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin mahiyyətinin, əsas istiqamətlərinin gənclər arasında geniş təbliğ edilməsidir.

Natiqlər Azərbaycanın Zəfər tarixində azərbaycançılıq məfkurəsinin rolunu qeyd ediblər. Bildiriblər ki, tarixi Zəfərimiz ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsini bir daha sınaqdan çıxardı. Eyni zamanda ölkəmizdə gənclərə göstərilən dövlət qayğısının davamlı olduğu, düzgün vətənpərvərlik konsepsiyasının formalaşdığı təsdiqləndi.

Çıxışlardan sonra hər iki rayondan olan gəncləri maraqlandıran suallar cavablandırılıb. Sonda azərbaycançılığın təbliğ edilməsi işində gənclərin əsas vəzifələrindən danışılıb.