Azərbaycan nefti yenidən bahalaşıbbackend

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.

İctimai.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,83 ABŞ dollar və ya 2% artaraq, 93,27 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək, 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.