Azərbaycan Ordusunun hərbi qulluqçusu faciəli şəkildə həlak olubbackend

Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Sənan Nürəddin oğlu Əhmədovun iyunun 5-də paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.

İctimai.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!