Emin Əmrullayev Polşadakı o şəxsi tapdırdıbackend

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev Polşada yaşayan müəllimini axtarıb.

Globalinfo.az xəbər verir ki, bunu “106.3” FM radiosunun aparıcısı Raqif Raufoğlu qeyd edib.

Aparıcı bu barədə Varşava Texniki Universitetinin azərbaycanlı professoru Nəbi müəllimin açıqlama verdiyini bildirib:

“Nəbi müəllim deyir ki, 2003-cü ildə Polşada bir tələbə təhsil alırdı. Olduqca imkansız gənc idi, amma yaxşı oxuyurdu. Mən də bir həmvətənim kimi ona əlimdən gələn maddi və mənəvi köməyi edirdim. Təhsilini bitirib vətənə döndü. Bir müddət xəbərləşsək də, sonra əlaqə itdi. Bu yaxınlarda Azərbaycandan Polşaya sorğu göndərib məni tapıblar. Çox təəccübləndim ki, görəsən kimdir?.. Məlum oldu ki, məni axtaran həmin gənc tələbəm, bu gün Azərbaycanın təhsil naziri Emin Əmrullayevdir”.